Mövsümlə əlaqədar respirator virüsların sayı artıb.
Xezerxeber.az xəbər verir ki, xəstəlikdən sağalmaq, bədənin müqavimətini artırmaq üçün sistem qoşduranlar az deyil. Amma əksini düşünənlər də var.
Səhiyyə Nazirliyinin həkim mütəxəssisi Zakir Quliyev bildirir ki, evdə qoşulan sistem hər hansı reaksiya verərsə, ölümə qədər ağır fəsadları ola bilər. Terapevt dedi ki, ümumiyyətlə ev şəraitində qoşulan sistemdən ağırlaşma halları yetəri qədər çoxdur.
Həkim deyir ki, soyuqlayanda, virus infeksiyaya yoluxduqda sistem qoşdurmağın mənası yoxdur.
Həkim onu da dedi ki, venadaxili sistem şəklində köçürülən antibiotikə isə ciddi şəkildə yoluxmuş bakterial infeksiyalarda göstəriş olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.