Mövsümlə əlaqədar respirator vurisa yoluxanların sayı artır.
Xezerxeber.az-ın xəbərinə görə, evdə soyuqdəymədən əziyyət çəkən yaxınının halı pisləşdiyi üçün təcili tibbi yardıma müraciət edən xəstə yaxını reanimasiyada yer tapa bilmədiklərini iddia edir.
Terapevt-pulmonoloq Coşğun Məmmədli deyir ki, həm böyüklər, həm də uşaqlar arasında pnevmaniya diaqnozu qoyulan xəstələrin sayı artıb. Bu, əsasən mövsümlə əlaqədardır, ancaq digər səbəbləri də var.
Həkim deyir ki, pnevamniyanın müalicəsi mütləq stasionar şəraitdə aparılmalıdır.
Həkim bildirdi ki, pnevmaniya yuxarı tənəffüs infeksiyalarının ağırlaşmasından yaranır. Bu xəsətlikdən əziyyət çəkənlərin sayı yay aylarında azalır.
Son vaxtlar xəstəxanalara respirator viruslarla bağlı müraciətlərin artması, sıxlıq olub-olmaması ilə bağlı TƏBİB-ə müraciət ünvanladıq, ancaq sorğumuza cavab verilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.