Son dövrlərdə avtomobil icarəyə götürənlərin sayı artıb.
Xezerxeber.az xəbər verir ki, buna üstünlük verənlər isə daha çox bölgələrə üz tutanlardır. Amma bəzi rayonlarda da kirayə avtomobil tapmaq mümkündür. Yəni hər hansı şəxs getdiyi bölgədə qalacağı günə uyğun nəqliyyat vasitəsi kirayələyə bilər. Zaqatalada avtomobil icarəyə verənlər deyirlər ki, qiymətlər modelə görə dəyişir.
Qəbələdə də avtomobil kirayəsi geniş yayılıb. Nəqliyyat vasitələrinin icarəsi işi ilə məşğul olan Elcan Vəliyev deyir ki, təlabat əsasən yay aylarında olur.
Elcan Vəliyevin sözlərinə görə, Şəki və Oğuz rayonlarında da avtomobil kirayələmək mümkündür. Qiymətlər 50 - 150 manat arasında dəyişir. Toy mərasimləri üçün bəy-gəlin avtomobilinin icarə haqqı isə 100 manatdan başlayaraq 300 manata qədər qalxır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.