AZ

Dörd ştat prezident Trampın ABŞ-da doğulan uşaqlara vətəndaşlıq verilməsini qadağan edən sərəncamını blokladı

Vaşinqton ştatının məhkəməsi Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını bloklayıb. Bu barədə “Seattle Times” xəbər verir.

Qeyd olunur ki, dörd ştat – Vaşinqton, Arizona, İllinoys və Oreqon, eləcə də baş prokurorlar və miqrant hüquqları təşkilatları Trampın əmri ilə bağlı məhkəməyə müraciət ediblər. Onlar doğum hüququ ilə vətəndaşlığın verilməsini məhdudlaşdıran fərmanı konstitusiyaya zidd adlandırıblar.

"Konstitusiyada heç nə prezidentə, federal qurumlara və ya başqa heç kimə ABŞ-da doğulmuş şəxslər üçün vətəndaşlığa qadağa şərtləri qoymaq səlahiyyəti vermir", dörd ştatın məhkəmə işində deyilir.

Bu arada Ədliyyə Departamentinin rəsmiləri məhkəməyə bildiriblər ki, doğum hüququ ilə vətəndaşlıq verilməsi sərəncamı Trampın "millətin pozulmuş immiqrasiya sistemi və cənub sərhədində davam edən böhranı həll etmək" səylərinin "tərkib hissəsidir".

Ülviyyə, Hurriyyet.az

Seçilən
21
21
hurriyyet.az

10Mənbələr