ABŞ prezidenti Donald Tramp ABŞ ordusu ilə bağlı dörd fərman imzaladığını açıqlayıb. Bu sərəncamlarda Tramp söz verdiyi kimi orduya silahlı qüvvələrdə DEI (Diversitet, equity, inclusion) siyasətinə son qoymağı, həmçinin bundan sonra yalnız iki bioloji cinsi tanımağı əmr edir. Tramp jurnalistlərə Vaşinqtondan Floridadakı mülkünə gedərkən təyyarədə fərmanların imzalanması barədə danışıb.
“Reuters”in məlumatına görə, hərbçilərin gender fərmanında bildirilir ki, ərizəçinin bioloji cinsindən başqa cinsə mənsubiyyətlə bağlı “yalan” iddialar indi hərbi xidmət qaydalarına zidd hesab edilir.
Tramp artıq bəyan edib ki, bundan sonra ABŞ Ordusu yalnız iki cinsi tanıyacaq: kişi və qadın. Başqa bir fərman, Covid-ə qarşı peyvənd olunmaqdan imtina etdiyinə görə işdən çıxarılan hərbi qulluqçuların reabilitasiyasına aiddir.
Bundan əlavə, Donald Tramp adını İsraildən götürdüyü “Amerika Dəmir Qübbəsi” hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sərəncam imzalayıb.
"Reuters" xəbər verir ki, Tramp yeni müdafiə naziri Pit Heqsetə gender müxtəlifliyini qadağan edən sərəncamı yerinə yetirmək üçün 60 gün vaxt verir.
Heqset yanvarın 25-i şənbə günü vəzifəsinin icrasına başlayıb.
Ülviyyə, Hurriyyet.az