Ermənistan parlamenti fevralın birinci yarısında Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırdır.
Yenisabah.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan bildirib.
Proses prosedura uyğun gedir və ehtimal ki, növbəti dörd günlük sessiyanın (11-14 fevral) plenar iclaslarının gündəliyinə daxil ediləcək.
Xatırladaq ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib.
Telegram kanalımız