AZ

Ermənistan Rusiyaya vaxt qoydu – Fevralın ortalarına qədər...

Son günlər erməni mətbuatında yer alan xəbərlərə görə, Ermənistan parlamenti fevralın birinci yarısında Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırdır.

“Proses prosedura uyğun gedir və ehtimal ki, növbəti dörd günlük sessiyanın (11-14 fevral) plenar iclaslarının gündəliyinə daxil ediləcək” - deyə, xəbərlərdə qeyd edilir.

Ermənistan bir tərəfdən də Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

İndiki halda bu nə qədər mümkündür? Ermənistan hər iki masada da əyləşə biləcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, 2023-cü ilin əvvəlindən başlayaraq Ermənistan anti-Rusiya xətti yürütməyə başladı və açıq şəkildə üzünü Qərbə yönəltdi:

“Son iki ildə Ermənistan Rusiya ilə yaxınlaşmaq üçün heç bir addım atmayıb. Proseslər elə səviyyəyə gəlib çatıb ki, Ermənistanın Rusiyaya yaxınlaşması qeyri-mümkündür. Rusiyanın başı Ukraynadakı proseslərə qarşıb və rəsmi İrəvana qarşı kəskin cavab vermək imkanı yoxdur. Bundan istifadə edən Ermənistan da Qərbə yaxınlaşmaq üçün ardıcıl addımlar atır. Bir tərəfdən ABŞ-la strateji tərəfdaşlıq haqqında xartiya imzalayır, digər tərəfdən isə Aİ-yə üzvlük üçün zəruri fəaliyyətə başlayıb. Bu yolun geriyə dönüşü yoxdur. Rusiya da bunu çox yaxşı anlayır. Xarici işlər nazirlərinin son görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrov xəbərdarlığını etmişdi. Lakin Ermənistan da yaxşı bilir ki, Rusiya Ukrayna müharibəsi bitməyincə, İrəvana qarşı heç bir sərt tədbir görməyəcək”.

Abutalib semedov 121 900x604 1

Abutalıb Səmədov

Siyasi şərhçinin sözlərinə görə, 2025-ci ilin sonlarına qədər Rusiya və Ukrayna arasında sülhün əldə olunması gözlənilmir:

“Tərəflərin mövqeləri bir-birindən kəskin sürətdə fərqlənir. ABŞ Prezidenti Donald Tramp nə qədər çalışsa da onları ortaq məxrəcə gətirə bilməyəcək. Yeganə çıxış yolu Rusiyanın tərəfində durmaq və Moskvanın mövqeyini Ukraynaya qəbul etdirməkdir. Lakin bu da asan məsələ deyil”.


Telegram kanalımız
Seçilən
2
50
yenisabah.az

10Mənbələr