AZ

Milli fəal təhlükəsizlik idarəsinə çağırıldı

Güney azərbaycanlı siyasi və mədəni fəal Əsgər Fuladzadə yanvarın 23-də İran Təhlükəsizlik və Kşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdəki bölməsinə çağırılıb.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Ona rəsmi məktub göndərilmədən, telefon vasitəsilə təhlükəsizlik idarəsinə çağırılmasının səbəbləri barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Əsgərzadə bundan əvvəl də dinc mədəni və Azərbaycan türklərinin hüquqlarının qorunması uğrundakı fəaliyyətlərinə görə təzyiqlərlə üzləşib, mühakimə və həbs olunub.

O, 2022-ci ilin noyabr ayının 2-də Nima Radməneş, Əli Radməneş və Kərim İsmailzadə ilə birlikdə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılmışdı.

visiontv.az



Seçilən
4
30
visiontv.az

10Mənbələr