Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinə yeni müavin təyin edilib.
Məlumata görə, AHİK sədri Sahib Məmmədovun imzaladığı müvafiq əmrlə bu vəzifəyə Abbas Əliyev təyin olunub(Pravda).
Xatırladaq ki, A.Əliyev bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müşaviri olub. O, daha əvvəl isə İqtisadiyyat Nazirliyinin mətbuat katibi vəzifəsindən çalışıb.
MİA.AZ