AZ

Narışkin: “Bəzi Qərb elitaları beynəlxalq münaqişə yarada bilər”

AzVision.azxəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin yerli mediaya açıqlamasında belə deyib.

“İndi birqütblü, öz dövrünü bitirməkdə olan dünya nizamından yeni, ədalətli dünya nizamına keçid var. Bu isə öz riskləri olan çox çətin bir prosesdir”, - Narışkin bildirib.

Onun iddiasına görə, ABŞ-nin timsalında “keçmiş hegemon” tədricən deqradasiyaya uğrayır və nəzarəti itirir. Eyni zamanda, dünyada böyük inkişaf potensialına, dünyada təhlükəsizliyi və sabitliyi təmin etmək qabiliyyətinə malik yeni güclü, nüfuzlu oyunçular meydana çıxır. Bu baxımdan, Qərbdəki bəzi elitalar beynəlxalq konfliktlər yaratmaq üçün müəyyən addımlar ata bilərlər.

+++Bundan əvvəl Rusiya kəşfiyyatının rəhbəri bu il dünyada vəziyyətin qeyri-sabit olacağını proqnozlaşdırıb.

Maraqlıdır ki, bu arada Rusiyanın keçmiş Müdafiə naziri, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nüvə dövlətləri arasında toqquşma riskinin artdığını iddia edib: “Dünyada münaqişə atmosferinin və geosiyasi rəqabətin güclənməsi fonunda nüvə dövlətləri də daxil olmaqla, böyük dövlətlər arasında şiddətli toqquşma riskləri artır”.


Şoyqunun sözlərinə görə, Qərb ölkələri Rusiya və Belarusa qarşı “ideoloji və zorakılıq dəyərlərinə əsaslanan təcavüzə” əl ataraq, bu ölkələrə təkcə iqtisadi sanksiyaların köməyi ilə zərər vurmağa yox, həm də onlarda daxili siyasi sabitliyi pozmağa çalışırlar. Qərbin bu hərəkətləri son nəticədə yalnız Rusiya və Belarusiyaya deyil, eyni zamanda, bütövlükdə beynəlxalq vəziyyətə mənfi təsir göstərir.

- Beynəlxalq strukturların (ÜTT, ÜST, KSQT və s.) aktiv devalvasiyası yaşanır, onlar getdikcə daha çox siyasi alətə çevrilirlər. Kosmosda silahlanma yarışının qarşısını almaq və kosmosu yeni silahlı qarşıdurma sferasına çevirmək üçün beynəlxalq səyləri sarsıtmağa cəhdlər göstərilir”, - rusiyalı məmur vurğulayıb.

Onun fikrincə, bilavasitə Rusiya və Belarusu zəiflətməyə yönəlmiş bu addımlar onlarısuverenlikdən, öz inkişaf yolunu sərbəst seçmək və strateji maraqlarını reallaşdırmaq hüququndan məhrum etmək istəyi ilə diktə olunur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
15
azvision.az

10Mənbələr