AZ

Ermənistanı hələ də müttəfiq hesab edirik - KTMT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin son bəyanatlarına baxmayaraq, hələ də İrəvanı özünün müttəfiqi hesab edir. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.

“Bəli, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatındanı təşkilatın xəbəri var. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla işlək şəkildə əlaqə saxlamağa davam edirik”, - deyə vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici Kəşfiyyat Xidməti bəyan edib ki, İrəvanın 2025-ci ildə KTMT-yə üzvlüyünün dondurulmasını şərtləndirmiş  əsasların itməsi ehtimalı azdır. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatına görə, KTMT Cənubi Qafqazın problemlərinə cavab verə bilməz.

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
3
7
missiya.az

8Mənbələr