AZ

“İmkan verin işləyim” - Pezeşkian

Ötən gün İran Prezidenti Məsud Pezeşkian Xuzistan əyalətinə səfər edib.

Əyalətin problemlərindən danışan Pezeşkian fəaliyyətinə əngəl törədilməməsini xahiş edib.

“Mənim bir problemim də odur ki, gəlib mənə deyirlər ki, çıxış et. İmkan verin işimi görüm. Danışmaq və şüarlar vermək əvəzinə ölkədəki problemləri həll etmək üçün vaxt ayırmalıyam. Mən namizəd olanda heç kimə rəqəm vermədim, demədim ki, prezident olsam, bunları edəcəm. Bacardıqca problemləri həll etməyə çalışacam”,-deyə İran lideri bildirib.

Qeyd edək ki, səfər zamanı Pezeşkianı onun bir neçə müavini, müşaviri və 10 nazir müşayiət edib. Pezeşkianın Xuzistana səfəri barədə məlumatın yayılması güney azərbaycanlı sosial media istifadəçilərinin narazılığı ilə qarşılaşıb.

Onlar Pezeşkianı Azərbaycan əyalətlərindki problemlərin həlli ilə bağlı seçkiqabağı verdiyi vədlərini unumaqda ittiham ediblər.

visiontv.az



Seçilən
12
7
visiontv.az

10Mənbələr