“Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arasında şiddətli toqquşma riskləri artır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Dünyada artan münaqişə və intensivləşən geosiyasi rəqabət fonunda böyük dövlətlər arasında, o cümlədən nüvə güclərinin iştirakı ilə şiddətli toqquşma riskləri artır”, - Şoyqu qeyd edib.
Şoyqunun sözlərinə görə, Qərb ölkələri Rusiya və Belarusa qarşı “ideoloji və dəyərə əsaslanan təcavüzə” əl atıb və təkcə iqtisadi sanksiyalarla deyil, həm də bu ölkələrdə daxili siyasi sabitliyi pozmağa çalışırlar.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, daxili vəziyyəti sabitsizləşdirmək, sosial əsasları sarsıtmaq və yad neoliberal ideologiyanı tətbiq etmək cəhdləri davam edir.