AZ

Aktauda baş verən təyyarə qəzasının ilkin səbəbləri gələn həftə açıqlanacaq

Bakı, 24 yanvar, AZƏRTAC

Aktau vilayətində baş vermiş təyyarə qəzasının ilkin səbəbləri gələn həftə açıqlanacaq.

AZƏRTAC Kazinforma istinadla xəbər verir ki, bununla bağlı Qazaxıstanın Baş nazirin müavini Kanat Bozumbayev mətbuat konfransında açıqlama verib. Bildirilib ki, hazırda araşdırma aparılır. Nəqliyyat Nazirliyinin nəzdində xüsusi qrup yaradılıb. Onların arasında Rusiyadan, Braziliyadan, Niderlanddan, Beynəlxalq Mülki Aviasiya Təşkilatından olan nümayəndələr də var.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bundan əvvəl Aviasiya qəzalarının tədqiqi və qarşısının alınması Mərkəzi (CENIPA) Braziliyadakı “qara qutu”ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

 

Seçilən
28
50
azertag.az

10Mənbələr