Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyevin sözlərinə görə, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.
"İstintaq gedir, təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin olunub. İş mürəkkəbdir, nəticələri gözləyirik", - deyə Koygeldiyev bildirib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta