AZ

Sevinc “Tamstore”dan şikayətçidir – VİDEO

Müğənni Sevinc Musayeva “Tamstore” mağazasından şikayət edib.

Axşam.az xəbər verir ki, sənətçi həyat yoldaşının alış-veriş zamanı kassada aldadıldığını bildirib. O qeyd edib ki, mağazada ondan almadığı məhsulun pulunu götürüblər:

“Həyat yoldaşım cəmi 4 məhsul alıb. Amma çekdə bahalı, almadığı məhsul da yazılıb. O da pulu ödədikdən sonra düşünüb ki, niyə bu qədər baha oldu? Qayıdıb soruşub və pulu qaytarıblar. Amma gün ərzində nə qədər belə hadisələr yaşanır.

Tək “Tamstore”da yox, digər mağazalarda da edilir. Niyə insanların cibinə girirsiniz? Bu marketdən onsuz imkansız adamlar alış-veriş edir. Öz millətinizin cibinə girirsiniz. Mədəni oğurluq etməkdə məqsəd nədir? Məqsədi bilsəm, götürüb bu 6 manatı havayı verərəm. Səbəbi desəniz biz millət də bilərik ki, nə üçündür”.

DOĞRU.AZ

Seçilən
0
50
dogru.az

10Mənbələr