AZ

FHN rəsmisi: Yaşayış yerlərindəki süni maneələr yanğınsöndürənlərin hadisə yerinə çatmasını gecikdirir

Yaşayış yerlərindəki süni maneələr yanğınsöndürən avtomobillərin hadisə yerinə çatmasını gecikdirir.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev deyib.

O bildirib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış sektorlarında yanğınsöndürmə əməliyyatı şəraitinin stabilliyinin qorunması məqsədi ilə monitorinqlər həyata keçirir:

"Bu tədbirlər çərçivəsində yaşayış binalarının giriş-çıxış hissələrində olan maneələr aradan qaldırılır. Sözügedən maneələr hadisə vaxtı yanğınsöndürən avtomobillərin yanğın yerinə çatmasını gecikdirir. Bu da həmin yerlərdə xəsarətlərin sayını, həmçinin obyektə dəyən ziyanın miqyasını artırır".

FHN rəsmisinin sözlərinə görə, avtomatik çəpərləmə mexanizmi olan şlaqbaumların quraşdırılması ilə bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edib:

"Həmin qərarla mühüm əhəmiyyətli obyektlərin mühafizəsini təmin etmək üçün mühəndis qurğularının tətbiqi ilə bağlı xüsusi tikinti normaları qəbul edilib. Belə ki, sözügedən ərazilər avtomatik çəpərləmə mexanizmi ilə mühafizə oluna bilər. Bu mexanizmlərin nəzarət pultları da həmin obyektlərin buraxılış məntəqələrində olmalıdır və digər insanların bu pultlara əlçatanlığı olmamalıdır".

Seçilən
20
50
report.az

10Mənbələr