AZ

Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakı məlumatlara uyğun gəlmir - Kanat Bozumbayev

Astana. Trend:

Aktau yaxınlığında qəzaya uğramış təyyarənin ekipaj üzvləriarasındakı danışıqların “sızdırılmış” məlumatları “qara qutunun”məlumatları ilə üst-üstə düşmür.

Trend xəbərverir ki, bunu Qazaxıstanın baş nazir müavini, təyyarə qəzasınınsəbəblərinin araşdırılması üzrə hökumət komissiyasının rəhbəriKanat Bozumbayev keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Qazaxıstan tərəfi “sızmanın” mənbəsini axtarmaqniyyətində deyil.

“Biz həmin məlumatları “qara qutuların” deşifrə olunmuşməlumatlarının “sızması” kimi nəzərdən keçirmirik. Əgər buinternetdə dərc olunubsa, bu onun həqiqət olduğuna dəlalət etmir."Qara qutu"dakı məlumatlarla müqayisədə böyük fərqlər var.”

Bozumbayev “sızan məlumatların” olduğu səsyazılarını şəxsəndinlədiyini və həmin yazılarda ekipaj üzvləri arasında danışıqlarınolmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olanBakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsiQazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarəningöyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isəsağ qalıb.

Məqalədə:
Seçilən
7
50
az.trend.az

10Mənbələr