“Turan Tovuz”un futbolçusu İvan Konovalov Rusiya mətbuatına müsahibə verib.
Futbolpress.az xəbər verir ki, qolkiper “Matç TV” Azərbaycandakı vəziyyətindən danışıb:
“Çempionatın özünəməxsus xüsusiyyətləri var. 10 komanda mübarizə aparır və hamısı bir-birindən xal ala bilər. Liqanın özü olduqca çətindir. Çünki azı altı komanda avrokuboklar uğrunda mübarizə aparır. Azərbaycan futbolunun flaqmanı “Qarabağ”dır və onlar çempionluğa əsas namizəddir. “Neftçi” də bu yarışda olanlardandır. Düzdür, mövsümə pis başladılar, amma yenə də istəklidirlər. Qış fasiləsi uzun olmadı. Yanvarın 4-də Türkiyədə toplanışa başladıq. Fərdi məşqçim var və onunla çalışdım. Bir-iki günlük istirahətim oldu. Yeni il vaxtı əylənməyə çox imkanım olmadı”.
Konovalov Azərbaycanın ən yaxşı komandalarının Rusiya çempionatında “10-luğ”a düşə biləcəyini deyib:
“Qarabağ” 100 faiz. “Sabah” da, “Zirə” də bunu edə bilərdi. Lakin dəqiq demək çətindir. “Neftçi” mövsümə pis başlamışdı, amma sürəti artırıblar. Yaxşı yerli oyunçuları var. Biz özümüz də “10-luğ”a düşə bilərdik”.