AzEdu.az Təhsil Portalı bir neçə ildir ki, ölkə üzrə aktiv və nümunəvi fəaliyyətləri ilə fərqlənən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirir.
Bu layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunub.
Publika.az xəbər verir ki, bu məlumatlar AzEdu Təhsil Portalının xüsusi "Örnək Müəllimlər" bölməsinə yerləşdirilir.
Burada modern tədris metodları tətbiq edən, təhsilalanların intellektual inkişafına mühüm töhfələr verən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının 20 müəllimi “Örnək müəllim” siyahısına daxil olub.
Belə ki, xüsusi fəaliyyəti ilə seçilən paytaxt üzrə 30, regionlar üzrə 10, Naxçıvandan isə 20 təhsilverən 2024-cü ilin “Örnək müəllim”i adına layiq görülüb.
Linkə keçid edərək "Örnək müəllim"lər haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
170 nəfər nümunəvi müəllimin siyahısı ilə tanış ola bilərsiniz:
Abşeron-Xızı Regional Təhsil İdarəsi
1.Amiyət Şirinova - R.ismayılov adına Xızı şəhər tam orta məktəbində İbtida sinif müəllimi;
2.Ətayə Xıdırova - Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə Biologiya müəllimi;
3.Səidə Atakişiyeva - Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
4.Maral Əzizova - Xırdalan şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
5.Ruhəngiz Quliyeva - Masazır kənd 2 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
6.Maya Yaradanquliyeva - Sumqayıt şəhər 23 nömrəli məktəbin Musiqi müəllimi;
7.Mehriban Seyidova - Sumqayıt şəhər M.Füzuli adına 15 № tam orta məktəbdə İngilis dili müəllimi;
8.Aynurə Ağayeva - Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30№ tam orta məktəbdə Riyaziyyat müəllimi;
9.Nigar Vəliyeva - Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
10.Ülkər Quluyeva - Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
1.Zeynəb Ağayeva - İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin Texnologiya və STEAM müəllim;
2.İlahə Quliyeva - 71 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
3.Sərxan Yusifzadə - Bakı şəhər 251 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini;
4.Elnarə Nərimanova - Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin Biologiya və STEAM müəllimi;
5.Günel Məmmədova - 12 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
6.Dilbər Məmmədova - Bakı şəhəri Nizami rayonu N.Həmzəyev adına 238 nömrəli tam orta məktəbin Rus dili müəllimi;
7.Tuqay Rzazadə - Binəqədi Rayon 298 nömrəli tam orta məktəbdə STEAM və Coğrafiya müəllimi;
8.Baba Seyidzadə - 207 nömrəli tam orta məktəbin Təsviri incəsənət və STEAM müəllimi;
9.Nigar Osmanlı - Yasamal rayonu 308 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi və “Müasir metodist” layihəsinin metodisti;
10.Ülkər Dərgahova - 227 nömrəli tam orta məktəbin İbtidai sinif və STEAM müəllimi ;
11.Könül Seyidova - 104 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
12.Təranə Nuriyeva - Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
13.Vüsal Məhərrəmov - Bakı şəhər Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbin Tarix müəllimi;
14.Ülviyyə Ələkbərova - 124 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
15.İradə İmanbəyli - Bakı şəhər 312 nömrəli tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini;
16.Fəridə Balayeva - Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
17.Leyla Hacıyeva - S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Tədris işləri üzrə direktor müavini;
18.Nərmin Əhmədova - Xətai rayonu M.Hacıyev adına 116 N:li tam orta məktəbin İngilis dili müəllimi;
19.Gülnar Axundova - Tərəqqi liseyi 66 nömrəli məktəbin Azərbaycan dili müəllimi;
20.Reyhan Qurbanova - Bakı şəhəri 314 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
21.Bəyazid İsazadə - Xətai rayonu İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbin Fiziki tərbiyə müəllimi;
22.Zamir Dadaşov - 217 nömrəli tam orta məktəbdə Fizika-riyaziyyat müəllimi;
23.Kəmalə Mehdiyeva - Məktəb-Lisey Kompleksinin İbtidai sinif müəllimi;
24.Gülnar İbrahimli - Xətai rayon 17 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
25.Kifayət Məmmədova - F Gözəlov adına 124 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
26.Ülviyyə Rüstəmova - Bakı şəhəri Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
27.Rəqsanə Haqverdiyeva - E.Sultanov adına 217 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
28.Həcər Babayeva - Bakı şəhəri 307 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
29.Kəmalə Məmmədova - Bakı şəhəri 306 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
30.Dilarə Sultanova - Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.
Dağlıq Şirvan Regional Təhsil İdararəsi
1.Zamin Allahverdiyev - İsmayıllı rayon İstisu kənd tam orta məktəbində direktor və Kimya müəllimi;
2.Qumru Həmidova - İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbin Biologiya müəllimi;
3.Çinarə Abuzərova - Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbdə (lisey) Azərbaycan dili və ədəbiyyat müəllimi;
4.Ülviyyə Rəhimova - Polad Mirzəyev adına 5 saylı tam orta məktəbdə Texnologiya müəllimi;
5.Şahin Gənciyev - İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində direktor və coğrafiya müəllimi;
6.Sevlanə Xalıqova - V.Məmmədov adına Çiyni kənd tam orta məktəbində İbtidai sinif müəllimi;
7.Afət Balaqardaşova - Qobustan rayon Şikar Şikarov adına Sündü kənd tam orta məktəbində Tarix müəllimi;
8.Ruxsarə Məmmədova - Şamaxı Avropa liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi;
9.Əhliman Tapdıqlı - Xəlilli kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
10. Günay Baratova - Şamaxı Avropa liseyində İngilis dili müəllimi.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi
1.Ürfanə Xurşudova - Daşkəsən Rayon Xoşbulaq kənd tam orta məktəbin Fizika müəllimi;
2.İlahə Hüseynova - Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini;
3.Günay Abbasova- Daşkəsən rayon, Yuxarı Daşkəsən qəsəbə, Zahir Bağırov adına tam orta məktəbin Riyaziyyat müəllimi;
4.Aynurə Şirinova- Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat və informatika müəllimi;
5.Mehriban Hüseynova- Gəncə şəhər 8 nömrəli məktəbin direktor müavini;
6.Pərvanə Qasımova- Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbin Fizika müəllimi;
7.Türkan Muxtarova- Samux Rayon Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
8.Günay Əhmədova- Daşkəsən rayon, Yuxarı Daşkəsən qəsəbə Zahir Bağırov adına tam orta məktəbin Coğrafiya müəllimi;
9.Leyla Rzayeva- Göygöl rayon Köşkü kənd tam orta məktəbin Coğrafiya müəllimi;
10.Günel Məmmədova- Gəncə şəhər 13 №li tam orta məktəbdə İbtidai sinif müəllimi.
Lənkəran-Astara Regional Təhsil İdarəsi
1.Leyla Məmmədova-Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbində Fiziki tərbiyə müəllimi;
2.Məhərrəmov Eldəniz Sabir –Cəlilabad şəhər 7 nomrəli tam orta məktəbin Tarix müəllimi;
3.Nuriyev Xəzər Əlibaba –Masallı rayon Sığdaş kənd tam orta məktəbində Coğrafiya müəllimi;
4.Emil Bayramov-Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin Fizika müəllimi;
5.Məmmədov Ümid Canəli-S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin Biologiya müəllimi;
6.Rəhmətov Gülağa Hüseynverdi –Lerik rayonu Anbu kənd tam orta məktəbinin İbtidai sinif müəllimi;
7.Mehtiyev Tural Cavid-Cəlilabad rayon S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəbdə Coğrafiya müəllimi;
8.Ələkbərli Aynur Hikmət – Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbində Coğrafiya müəllimi;
9.Məmmədova Nərmin Hamlet-Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyada Azərbaycan dili və ədəbiyyat müəllimi;
10.İbrahimov İman İldırım-Lənkəran rayon Viyən kənd tam orta məktəbində Tarix müəllimi.
Mərkəzi Aran Regional Təhsil İdarəsi
1.Muradova Dilarə Şahin- Kürdəmir rayon Famil Həşimov adına 3 nömrəli tam orta məktəbin Riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi;
2. Bağırova Könül İlyas- Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;
3. Həsənova Səbinə Mətləb- Mingəçevir şəhər N Nərimanov adına 1 sayli tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi;
4. Həsənova Şəlalə Telman- Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
5. İsgəndərova Vəfa Etibar- Ağdaş şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
6. Zakiova Rahilə Niyazı- Ağdaş rayonu Dəhnəxəlil kənd orta məktəbinin İbtidai sinif müəllimi;
7. Hüseynli Yeganə Hüseyn- car şəhər 2 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi;
8. Səfəraliyeva Səadət Məhərrəm- Göyçay rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın və Mallı-Şıxlı kənd tam orta məktəbində Kimya müəllimi;
9. Allahverdiyeva Rəna Rasim- Ucar rayon Heydər Əliyev adına 2 nömrəli tam orta ümümtəhsil və Ucar rayonunda yerləşən Ağdam 27 saylı tam orta məktəbdə Kimya və təbiət fənn müəllimi;
10. Gülnisə Əliyeva İlqar- Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəb və Ucar rayon 4 No-li tam orta məktəbin Fizika müəllimi.
Mil-Muğan Regional Təhsil İdarəsi
1.Gülnarə Məmmədova - Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin ingilis dili müəllimi;
2.Zaur Qədirov - Beyləqan rayon Fazil Miriyev adına Şahsevən kənd 3nömrəli tam orta məktəbin tarix müəllimi;