AZ

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb (FOTO)

Bakı. Trend:

Yanvarın 21-də Almaniya Federativ Respublikasının Münhenşəhərində ölkəmizin Almaniyadakı Səfirliyinin və Almaniyanın ŞərqiBiznes Assosiasiyasının təşkilatçılığı ilə “Yeni üfüqlərin tədqiqi:Alman şirkətləri üçün Azərbaycanda investisiya və əməkdaşlıq”mövzusunda Alman– Azərbaycan İqtisadi Forumu keçirilib.

Bu barədə Trend-ə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, tədbirin “Əməkdaşlığın təşviqi: Alman-Azərbaycanbiznes tərəfdaşlıqları üçün stimullar” mövzusunda panelində Kiçikvə Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ələt Azad İqtisadiZonasının Səlahiyyətli Qurumunun, İxracın və İnvestisiyalarınTəşviqi Agentliyinin–AZPROMO-nun rəhbərləri, Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin və Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyinin səlahiyyətli şəxsləri iştirakediblər. Forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri OrxanMəmmədov iki ölkənin biznes dairələri arasında birgə əməkdaşlığıngenişləndirilməsi, KOB-ların rəqəmsallaşdırılması və “yaşıltransformasiya” sahəsində təcrübə mübadiləsi, həmçinin AlmaniyanınKOB-lara dəstək mexanizmlərinin öyrənilməsi və tətbiq olunmasınınəhəmiyyətli olacağını qeyd edib.

Yanvarın 23-də Maynz şəhərində keçirilmiş “Azərbaycan: GələcəyinQovşağı - Alman şirkətləri üçün strateji imkanlar” mövzusundatədbirin “Azərbaycan regionda strateji qovşaq rolunda” adlıpanelində çıxış edən KOBİA sədri ölkəmizdə kiçik və ortasahibkarlıq sektorunun gücləndirilməsi üçün dövlətimizin apardığıislahatlar, bunun iqtisadiyyat üçün müsbət töhfələri, eləcə dəKOBİA-nın bu sahədə tətbiq etdiyi alətlər və uğurla fəaliyyətgöstərən müvafiq infrastruktur barədə tədbir iştirakçılarınıməlumatlandırıb.

Səfər çərçivəsində KOBİA nümayəndələri Almaniyanın Rheinhessenəyalətinin Sənaye və Ticarət Palatasının Baş icraçı direktoruKarina Svede ilə görüşüblər. Görüşdə biznes strukturları arasındabirgə layihələrin həyata keçirilməsi, sektoral işgüzar səfərlərintəşkili və digər əməkdaşlıq imkanları nəzərdən keçirilib.

KOBİA
KOBİA
KOBİA
KOBİA
KOBİA
Məqalədə:
Seçilən
27
3
az.trend.az

10Mənbələr