AZ

Prezident: “İstəyirəm ki, Putin bizə yalvarsın...”

“Mən Putindən sülh istəmək istəmirəm, əksinə, Putinin Ukrayna və müttəfiqlərinə sülh üçün yalvarmasını istəyirəm”.

“Cebheinfo.az”-ın məlumatına görə, Polşa Prezidenti Anjey Duda Ümumdünya Davos İqtisadi Formunda panel müzakirələr zamanı Ukrayna-Rusiya müharibəsinə münasibət bildirərəkən belə deyib. Anjey Duda Rusiya Prezidenti Vladimir Putini sülh masasına gətirməyin yolunun güc tətbiqindən keçdiyini bildirib:

“Rusiyanın Ukraynaya təcavüzünə baxsanız, rus elitasının Kremldə danışdığı dilə baxsanız, Rusiya televiziyasına baxsanız, Rusiya təbliğatının həcmini görsəniz, əsl problemin real həllinin nədən ibarət olduğunu başa düşəcəksiniz. Danışıqlar masasına gətirdiyimiz tərəfi necə həvəsləndirmək barədə sual versək, cavabım belə olacaq: Vladimir Putini sülh istəməyə məcbur edəcək qədər güclü tədbirlərə başlamalıyıq.

Biz elə güclü tədbirlərə əl atmalıyıq ki, Putin sülh istəmək məcburiyyətində qalsın. Mən sülh üçün Putinə yalvarmaq istəmirəm. Əksinə, mən istəyirəm ki, Putin bizə, Ukraynaya və onun müttəfiqlərinə bu müharibnəni necə başa çatdırmaq, ətrafımızda olan bütün problemləri necə həll etmək üçün yalvarsın”.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Seçilən
2
4
cebheinfo.az

7Mənbələr