Rusiyada “Telegram” istifadəçi kibercinayətkarlıqla üz-üzə qalıb.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumat Rusiya mediasında yayılıb.
Məlumata görə, Rusiyada bir çox “Telegram” istifadəçisi bu kibercinayətkarlığın qurbanına çevrilib.
Artıq rəsmi qurumlar bu məsələ ilə bağlı “Telegram” istifadəçilərinə xəbərdarlıq ediblər.
“Kibercinayətkarlar zərərli proqramı foto və ya video kimi gizlədir və mesajda soruşurlar:
"Bu sizsiniz? Qurban bir cihaza virus quraşdırdıqda, fayl bütün şəxsi məlumatları, mesajları, bildirişləri, fotoşəkilləri oğurlayır və oğurlanmış kontaktlar arasında spam paylayır. Tanımadıqlarınız adamların linklərini izləməyin və yaxınlarınızı xəbərdar etməyi unutmayın”, - deyə xəbərdarlıq mətnində qeyd olunur.