AZ

Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir etdi - Bakıda 5 yerdə klinikası var /FOTO

Ajans.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin klinikada apardığı yoxlamalardan sonra belə qərar qəbul olunub.

Eyni zamanda o da məlum olub ki, yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər. 

Ajans.az xəbər verir ki, sözgedən klinikanın paytaxtın 5 fərqli ünvanında filialı mövcuddur. 

Klinika sosial mediada və bir sıra digər şəbəkələrdə tanınmış şəxslər tərəfindən də reklam olunub. 

Klinikanın adı daha əvvəl də qalmaqalda hallanıb. Belə ki, 2023-cü ildə klinikada əməliyyat olunan Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhətində problemlər yaranmışdı. etik səbəblərdən adını açıqlamadığımız xəstə "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra - gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb.

Həmin zaman da diqqət çəkən məqam o olmuşdu ki, xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol" filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilirdi. 

Qeyd edək ki, "Laser Beauty Estetik Klinikası" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 587 793 manat, qanuni təmsilçisi isə Yeganə Cəfərovadır. Klinikanın təsisçisi və baş həkimi məşhur kosmetoloq Rəna Soltanovadır./ Milli.Az

Seçilən
3
50
Ajans.az

10Mənbələr