Tbilisi, 24 yanvar, AZƏRTAC
Sanksiyalardan ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə olunurdu. Onların əsas məqsədi Gürcüstanı müharibəyə cəlb etmək idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
“Yeganə maraq ölkəni müharibəyə cəlb etmək idi, baxmayaraq ki, heç bir halda ölkənin məhvinə səbəb olacaq addımı atmağa icazə verilməyəcəkdik. Müvafiq olaraq, bu şantajın heç bir halda heç bir təsiri olmayacaq”, – deyə İrakli Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi