Avropa Parlamentinin (AP) Belarusdakı seçkilərlə bağlı qətnaməsi bu strukturun imkansızlığını nümayiş etdirir.
Oxu24.com xəbər verir ki,bu barədə TASS-a Rusiyanın respublikadakı səfiri Boris Qrızlov məlumat verib.
Qrızlov deyib: “Bu qətnamənin heç bir əsası yoxdur;
Bir gün əvvəl Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko bəyan edib ki, AP-nin Belarusda keçirilən prezident seçkilərinin tanınmaması ilə bağlı qəbul etdiyi qətnamə ölkənin seçki suverenliyinə birbaşa müdaxilədir.
Yanvarın 23-də Avropa Parlamenti Belarusda keçiriləcək seçkilərin nəticələrinin tanınmamasına çağıran qətnamə qəbul edib. Sənədi 567 deputat dəstəkləyib, 25 deputat əleyhinə səs verib, daha 66 deputat bitərəf qalıb.
Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi AP-nin seçkilərlə bağlı qətnamə layihəsini qərəzli adlandırmışdı.
Nazirlik sözçüsünün sözlərinə görə, Avropa Xarici Fəaliyyət Xidməti Belarusda yanvarın 26-na təyin edilmiş prezident seçkilərinin pisləndiyi və tanınmadığı nəticələri ilə bağlı əvvəlcədən bəyanat hazırlayıb.
Nigar