Türkiyənin Konya şəhərində, Konya-Afyonkarahisar magistral yolunun İlgın rayonu yaxınlığında baş verən dəhşətli qəzada ölən və yaralananların sayı artıb.
Sitat.info-nun Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Konya valiliyindən məlumat verilib.
Məlumata görə, sərnişin avtobusunun park halındakı yük maşınına arxadan çırpılması nəticəsində üç nəfər ölüb, 33 nəfər yaralanıb.