AZ

“Qarabağ” - Reallıqları bizə unutduran son ümid yeri

İl 2024. Gün 30 iyul.

«Qarabağ» o tarixdən bəri Bakıda, doğma «Tofiq Bəhramov»da 6 avro-oyun keçirib.

İkisi Çempionlar Liqasının pley-off mərhələsinin, qalanları Avropa Liqasının Liqa mərhələsinin.

«Qarabağ» yerli publikaya sonuncu qələbə sevincini iyulun 30-da daddırıb. ÇL-in ikinci təsnifat mərhələsinin «Linkoln»la cavab matçında.

«Qarabağ»sevərlərin gördüyü ancaq o 5:0 oldu. Ardı gəlmədi.

«Ludoqorets»lə başlayan məğlubiyyət seriyası dünən RCSB ilə bitdi. Avroliqada pley-off mərhələsinə son vəsiqə şansı da 23 yanvar, 2025-ci il tarixdə itirilmiş oldu.

«Qarabağ» ardıcıl 11-ci mövsümdür çıxış etdiyi qrup mərhələlərində hələ bu qədər məğlubiyyət görməmiş, azarkeşini üzməmişdi.

Bu bir «ilk» idi.

Çox istərdik ki, axırıncı olsun. Axarıncı olmasın.

Çünki bütün ölkənin gözü «Qarabağ»dadır və həm Qurban Qurbanov, həm də futbolçuları bizi böyük qalibiyyətlərə öyrəşdirib.

Azərbaycanın ən yaxşı baş məşqçisindən, onun «daşdöyən» komandasından gözləntilər o qədər böyükdür ki…

Mövcud reallıqlar belə, bu ümidlərin, diləklərin altında qalır, sovurulub gedir, bəzən görünməz olur.

MUSA

Seçilən
2
50
sportinfo.az

10Mənbələr