AZ

SOCAR Oman İnvestisiya Qurumu ilə əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Oman İnvestisiya Qurumu (“OQ Group”) ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır.

“Report” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf “OQ Group”un Baş icraçı direktoru Əşrəf Əl Məmari ilə görüşü barədə özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, Əşrəf Əl Məmari ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırılan səmərəli görüş keçirilib: “Müzakirələrimiz kəşfiyyat, hasilat və emal layihələrində, alternativ enerji və dayanıqlı infrastrukturda birgə təşəbbüslərin irəli aparılmasına yönəlib. Biz enerji təhlükəsizliyini artırmaqla yanaşı, balanslaşdırılmış və ədalətli enerji keçidinə dəstəyimizi təsdiq etdik”.

R.Nəcəf bildirib ki, iki şirkətin tərəfdaşlığı dəyişən enerji landşaftının tələbatlarını qarşılamaq üçün innovativ texnologiyalar və ekspert biliklərindən istifadə edərək, dayanıqlı inkişafın ümumi məqsədlərinə uyğundur.

Qeyd edək ki, “OQ Group” Oman hökumətinin tam mülkiyyətində olan enerji investisiya və inkişaf şirkətidir və Oman İnvestisiya Qurumunun ayrılmaz hissəsini təşkil edib. Şirkət enerji sektorunda neft və qaz kəşfiyyatı və hasilatı, neft emalı, neft-kimya istehsalı, ticarət, alternativ enerji, elektrik enerjisi istehsalı və enerji infrastrukturu və nəqliyyatı kimi birbaşa enerji investisiyalarını idarə edir. Strateji tərəfdaşlıqlar vasitəsilə Oman Sultanlığına xarici investisiyalar cəlb edərək, ölkənin iqtisadi inkişafına töhfə verib və enerji təhlükəsizliyini daha da gücləndirib. Şirkət 17 ölkədə fəaliyyət göstərir.

Seçilən
1
19
report.az

10Mənbələr