Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Yulian Naqelsmannla müqaviləni yeniləyib.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.
Almaniya millisi Naqelsmannın baş məşqçiliyi altında Avro-2024-ün 1/4 final mərhələsinədək irəliləməyi bacarmışdı.