AZ

Orban: Rusiyaya qarşı sanksiyalar Macarıstana 19 milyard avro zərər vurub

Bakı, 24 yanvar, AZƏRTAC

Brüsselin Moskvaya qarşı sanksiyaları bütün Avropaya ziyan vurur və Avropa İttifaqı liderləri bu siyasətin davam edib-etməyəcəyini düşünməlidirlər. Təkcə Macarıstan sanksiyalar səbəbindən təxminən 19 milyard avro itirib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu rəqəmi “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib.

Hökumət başçısının sözlərinə görə, Avropa İttifaqı yanvarın 31-dək Rusiyaya qarşı sanksiyaların daha 6 ay uzadıb-uzadılmayacağı barədə qərar qəbul etməlidir. “Yaxın vaxtlarda sanksiyaların müddətinin uzadılması məsələsi müzakirə olunacaq. Lakin mən əyləcə basdım və Avropa liderlərinə bunun davam edə bilməyəcəyini söylədim”, - deyə Orban bildirib.

Onun fikrincə, Avropa İttifaqı öz məqsədinə çatmayan və yalnız icma ölkələrinin özlərinə zərər vuran sanksiya siyasətini bir daha nəzərdən keçirməlidir.

Seçilən
9
15
azertag.az

5Mənbələr