Ajans.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
“Colinin namizədliyini irəli sürməməsi Pittin arxasında Hollivudun olduğunu sübut edir. Heç kim ona qarşı çıxmaq və Ancelinaya səs vermək niyyətində deyildi, insanlar Bredi sevirlər”, - insayderlər paylaşıb. Bundan əlavə, Hollivuddakı mənbələr aktrisanın böyük kinoya qayıtmasına məhəl qoyulmaması səbəbindən ümidsizliyə düşdüyünü bildirib.
“Ancelina namizəd olmaq istəyirdi. Görün nə qədər PR tədbirində iştirak edib. O, hətta on ildə ilk dəfə tok-şouya gəldi”, - nəşrin həmsöhbəti qeyd edib. Colinin "Mariya" dramatik filmindəki rolu "Qızıl Qlobus"a namizəd olsa da, aktrisaya bir mükafat da gətirməyib.
Bred Pitt və Ancelina Colinin boşanması səkkiz illik məhkəmə prosesindən sonra 2024-cü ilin dekabrında yekunlaşıb. Daha əvvəl məlum olmuşdu ki, sənətçi bu evliliyin keçmişdə qalmasından rahatlaşıb.