AZ

Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

Image

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı İ.Səfixanlı və 26 yaşlı O.Qarayev saxlanılıb.

Onların əlavə olaraq “Tufan” markalı motosiklet qaçırmaları da müəyyən olunub.

Araşdırma aparılır.

ZÜMRÜD





Seçilən
10
2
baki-xeber.com

3Mənbələr