Ermənistan və Aİ arasında yeni əməkdaşlıq gündəliyinin imzalanması üçün danışıqlar aparılır.
Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan danışıb.
O bildirib: "Aİ ilə əməkdaşlıq üçün yeni gündəliyin imzalanması ilə bağlı danışıqlar aparılır".
Ovannisyanın sözlərinə görə, Ermənistan öz maraqlarını təmin etməyə çalışır və Aİ ilə iqtisadi yaxınlaşmanın inkişafı məsələləri yeni əməkdaşlıq gündəliyi çərçivəsində həll edilə bilər: “Lakin hansısa konkret proqramlar haqqında danışmaq hələ tezdir”.
Nazir müavini qeyd edib ki, ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara kömək edə bilər.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Paşinyanın bəyan etdiyi kimi, ölkənin Aİ-yə daxil olması ilə bağlı qərar ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.
Telegram kanalımız