Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Kürdəmirdə vətəndaşlarla görüşüb.
Dövlət komitəsinin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, görüş zamanı Kürdəmir, Zərdab və Ucar rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, pozulmuş hüquqların bərpası, sosial yardım, uşaqla ünsiyyət, sağlamlıq və müalicə, ailə münaqişəsi, boşanmadan sonra yaranan problemlər və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
DOĞRU.AZ