AZ

Komitə sədri: “Enerji səmərəliliyi dünyanın ən böyük problemlərindən biridir”

Enerji səmərəliliyi bu gün dünyanın ən böyük problemlərindən biridir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün rəhbərlik etdiyi komitənin iclasında bildirib.

Onun sözlərinə görə, enerji istehsalı və enerji səmərəliliyi sahəsində Azərbaycanda ciddi fəaliyyətlər həyata keçirilir: “Bu mövzuda bir neçə dəfə müzakirələr aparmışıq. Bununla bağlı dəyirmi masa təşkil etməyi planlaşdırırıq”.

O bildirib ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planına COP29-da əldə olunan qərarların həyata keçirilməsi üçün müzakirələr daxil edilib: “COP29 hədəflərinə çatmaq üçün maliyyə vəsaiti ayrılıb. Azərbaycan bu istiqamətdə öz töhfəsini verməyə davam edir. Biz də Azərbaycanda bu istiqamətə müvafiq qanunlarda dəyişikliklər edilməsi və digər məsələlərlə bağlı müzakirələr aparmalıyıq”.

Seçilən
1
50
report.az

10Mənbələr