AZ

“Putin hazırdır və Trampdan siqnal gözləyir” - Peskov “hamı danışıqlara hazırdır” deyir

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışmağa hazırdır və Kreml Amerika tərəfdən müvafiq siqnallar gözləyir. 

“AzPolitika” xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Putin hazırdır, siqnalları gözləyirik, hamı hazırdır... Nəsə baş verən kimi, əgər baş verərsə, sizə məlumat verəcəyik”, - Peskov əlavə edib.

O həmçinin bildirib ki, Ukraynadakı müharibə daha əvvəl Trampın dediyi kimi, neftin dünya qiymətlərindən asılı deyil. Peskov iddia edib ki, Ukraynaya qarşı müharibə “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid, məlum ərazilərdə yaşayan ruslar üçün təhlükə, amerikalıların və avropalıların Rusiyanın narahatlıqlarına qulaq asmaq istəməməsi və bundan tamamilə imtina etməsi” səbəbindən baş verib.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə son qoymaq üçün Vladimir Putinlə görüşmək planlarını təsdiqləyib. Qərb mediasının yazdığına görə, Tramp Putinlə görüş təşkil etmək məqsədi daşıyan telefon danışığının hazırlanmasına dair göstəriş verib.

“AzPolitika.info”

Seçilən
7
7
azpolitika.info

10Mənbələr