Yanvarın 18-dən 24-dək olan həftə ərzində Rusiya ordusu xüsusi hərbi əməliyyat (Rusiya-Ukrayna müharibəsi – red.) zonasında 9 yaşayış məntəqəsini nəzarətə götürüb.
Herbiand.az bildirir ki, onların adlarını Rusiya Müdafiə Nazirliyi gündəlik brifinq zamanı jurnalistlərə açıqlayıb.
Məlumata görə, “Qərb” hərbi qrupunun bölmələri Luqansk vilayətinin Novoeqorovka və Xarkov vilayətinin Zapadnoye kəndlərini işğal edib. Bundan başqa, “Mərkəz”in döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliyinə irəliləyərək Donetsk vilayətinin Petrovpavlovka, Vozdvijenka, Volkovo, Solenoe, Timofeevka və Şevçenkoda nəzarəti ələ keçiriblər. “Vostok” qruplaşmasının hərəkətləri nəticəsində isə Ukrayna ordusu Donetsk yaxınlığındakı Vremovka kəndindən çıxarılıb.
Bəxtiyar CƏFƏRLİ