AZ

Bakıda 5 klinikası olan Rəna Soltanova yoxlama aparanlarla əlbəyaxaya çıxdı, telefonunu üzlərinə çırpıb, təhqir etdi/FOTO

Xəbər verdiyimiz kimi,  Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Laser Beauty Estetik Klinikası" bağlanıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin klinikada apardığı yoxlamalardan sonra belə qərar qəbul olunub.

Eyni zamanda o da məlum olub ki, yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər. 


Fotoda Rəna Soltanova

Milli.Az-ın əldə etdiyi məlumata görə, sözgedən klinikanın paytaxtın 5 fərqli ünvanında filialı mövcuddur. 

Klinika sosial mediada və bir sıra digər şəbəkələrdə tanınmış şəxslər tərəfindən də reklam olunub. 


Seçilən
7
3
paytaxt.org

8Mənbələr