AZ

BCM Taliban liderləri üçün həbs tələb edir - Gender zorakılığına görə...

Beynəlxalq Cinayət Məhkəməsi (BCM), Taliban liderləri üçün gender əsaslı cinayətlərə görə həbs qərarları tələb edib, çünki hərəkat Əfqanıstanda qadınların hüquqlarına qarşı təzyiqləri davam etdirir.

 

Sfera.az xəbər verir ki, BCM-nin iki yüksək rütbəli Taliban rəhbəri barəsindəki addımları dərhal əfqan qadınlar və insan hüquqları müdafiəçiləri tərəfindən müsbət qarşılanıb.

 

Bir əfqan fəal CNN-ə bildirib ki, bu, onların səsinə dünyanın qulaq asmağa davam etməsi, bərabərlik və ədalət üçün verdikləri çağırışın unudulmadığını göstərir. Bu fəal, kənd yerlərində qızlar üçün qapıdan-qapıya əsas təhsil dərsləri verdiyini, lakin bu işin çox ciddi məhdudiyyətlərlə həyata keçirildiyini qeyd edib.

 


BCM-nin baş prokurorunun ötən gün verdiyi bəyanatda bildirib ki, "Talibanın Ali Lideri Heybətullah Axundzadə və "Əfqanıstan İslam Əmirliyi" məhkəmə başçısı Abdul Hakim Haqqani, gender əsaslı təqib cinayətinə görə cinayət məsuliyyəti daşıyır."

 

Talibanın müxalifətə qarşı "qətl, həbs, işgəncə, təcavüz və digər cinsi zorakılıq, məcburi itkin düşmə və digər qeyri-insani hərəkətlər" kimi cinayətlər işlətdiyi bəyan edilib.

 

BCM-nin prokuroru əlavə edib ki, onun ofisi yaxın gələcəkdə Talibanın digər yüksək vəzifəli üzvləri üçün də həbs qərarları tələb edəcək.

 

Qadınlara qarşı "dəhşətli zülm"

 

Taliban 2021-ci ilin avqustunda Əfqanıstana yenidən nəzarət etdiyi vaxtdan bəri qadınlar və qızlar demək olar ki, ictimai həyatdan tamamilə silinib. Taliban hökuməti əvvəlcə 90-cı illərdəki versiyasından daha mülayim olduğunu iddia edərək, qadınların təhsillərini davam etdirmələrinə icazə verəcəyini söyləmişdi. Ancaq bu radikal islamçı qrup fikrini dəyişərək qadınların universitetə getməsini qadağan etdi, orta məktəbləri və gözəllik salonlarını bağladı, həmçinin qadınların BMT daxil olmaqla QHT-lərdə işləməsinə mane oldu.

 

 

Taliban hökumətinin son sərəncamlarından biri deyir ki, yeni tikililərdə qadınların göründüyü pəncərələr olmamalıdır. Mövcud binalarda isə pəncərələr bağlanmalı və ya örtülməlidir. 

 

"Qadınların mətbəxlərdə, həyətlərdə işləməsi və ya quyulardan su çəkməsi əxlaqsız hərəkətlərə səbəb ola bilər",- deyə hökumət sözçüsü Zabihullah Mücahid bildirib.

 

Əzizə
 

Seçilən
1
20
sfera.az

10Mənbələr