AZ

Həbsdən çıxan Şəmsi Səmədzadə: “Oyun qurmuşdular” – VIDEO

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb. Yerli mediada Səmədzadənin bir neçə gün əvvəl həbsdən çıxdığı bildirilsə də, o ötən il dekabrın sonunda azadlığa buraxılıb. 

Şəmsi Səmədzadə “ajans.az”a müsahibə verib. 

O bildirib ki, həbsinin detalları və səbəbləri barədə danışmaq istəmir: 

“Bu məsələni artıq arxada qoymuşam. Həyatımı yenidən qurmağa və işlərimə davam etməyə fokuslanmışam,” – deyə iş adamı qeyd edib. 

Qeyd edək ki, Şəmsi Səmədzadə Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Lakin Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə o, azadlığa buraxılmışdı. 

Seçilən
2
10
news365.az

10Mənbələr