AZ

CNN: Dünyanın ən böyük aysberqi Britaniya adası ilə toqquşa bilər

"A23a" adlı dünyanın ən böyük aysberqi Cənubi Atlantik okeanında yerləşən ucqar Britaniya Cənubi Corciya adasına çırpıla bilər.  Bu barədə CNN məlumat yayıb.
 
Aysberqə artıq "meqaberq” ləqəbi verilib və onun çəkisi bir trilyon tondan artıqdır.

Cənubi Corciyadakı Faros gəmisinin kapitanı Saymon Uollesin bildirir ki, aysberqlər təbiətcə çox təhlükəlidir. Adadakı  müxtəlif növlər, xüsusən suitilər və pinqvinlər yaşayır. Aysberqin yaxınlaşması adadakı bu növlərə təhlükə yaradır,  onların qidaya çıxışını kəsə bilər.

Sahəsi 3600 kvadrat kilometrdən çox və qalınlığı 400 metr olan A23a 1986-cı ildə Antarktidadan ayrılaraq şimala doğru hərəkət etməyə başlayıb.
 
Təxminən 40 il ərzində aysberq 2020-ci ildə hərəkətini davam etdirənə qədər hərəkətsiz qalıb. 
 
Aytac

www.anews.az
Seçilən
7
9
anews.az

9Mənbələr