Məşhur türkiyəli jurnalist Deniz Arman 64 yaşında vəfat edib.
Modern.az NTV-yə istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
D.Arman ağciyər xərçəngindən müalicə olunurdu.
Qeyd edək ki, o, müxtəlif telekanal və qəzetlərdə çalışıb. Sonuncu iş yeri Kanal D olub, 2014-cü ildə isə telekanalla yollarını ayırıb.