AZ

Türkiyə və Suriya azad ticarət sazişinin bərpası planlaşdırır

Türkiyə və Suriya azad ticarət sazişinin bərpası üzərində işləməyi nəzərdə tutur. 

“Yeni Azərvaycan” xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqların yekununa dair yaydığı bəyanatda qeyd edilib. 

Məlumata görə, tərəflər ticarət əməkdaşlığı və gömrük əməliyyatları ilə bağlı məsələləri müzakirə edib və 2011-ci ildə dayandırılmış azad ticarət sazişinin bərpası məqsədilə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Qeyd olunur ki, bütün sərhəd məntəqələrində müəyyən mallar üçün hər iki tərəfdən eyni məbləğdə tətbiq olunacaq gömrük rüsumlarına yenidən baxılması qərara alınıb.

Havar Şəfiyeva

Seçilən
4
3
yeniazerbaycan.com

10Mənbələr