İran Prezidenti Məsud Pezeşkian ötən gün ölkəsinin cənubunda ərəb əhalisinin sıx yaşadığı Xuzistan əyalətinin Əhvaz şəhərində məktəbin təməlqoyma mərasimində iştirak edib.
Pezeşkian təhsil panelindəki çıxışında ölkədəki problemləri türk atalar sözü və kəlamından misal çəkərək izah etməyə çalışıb.
Ölkənin problemlərinin həlli üçün yaxşı nəsillərin yetişdirilməsinin vacibliyini vurğulayan Pezeşkian deyib:“Türk dilində belə bir deyim var - oğul şüurlu olsaydı, atasının var-dövlətini nə edərdi, oğul huşsuz olsaydı, atasının var-dövlətini nə edərdi? Ağıllı olsaydı, istədiyini edə, istədiyinə sahib ola bilərdi. Əgər axmaq olsaydı, əlində olanı məhv edərdi. Uşaqlarımıza, gələcək nəsillərimizə şüur, bilik verməliyik”.