AZ

Donald Tramp Volodimir Zelenskini qınadı: imkan verməməli idi

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi münaqişəni həll etmək istədiyini bildirib. Lakin o hesab edir ki, Zelenski Rusiya hərbi əməliyyatının başlamasına imkan verməməli idi.

“Zelenski, sizə deyirəm, indi hər şeyi həll etmək istəyir… Bilirsiniz, o, mələk deyil, lakin o, bu müharibənin başlanmasına icazə verməməli idi”, – deyə Tramp “Fox News”a müsahibəsində bildirib. ABŞ prezidenti həmçinin Ukraynadakı münaqişəni tezliklə həll etməsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

Dünən, yanvarın 23-də Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Vladimir Putinlə görüşə hazır olduğunu bildirib. Onun fikrincə, görüş “dərhal” keçirilməlidir. O, iddia edib ki, Vladimir Zelenski Rusiya ilə sövdələşməyə hazırdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
1
editor.az

10Mənbələr