AZ

Rəna Soltanova Səhiyyə nazirliyini təkzib etdi- "Xəbərlər yalandır, biz işləyirik"




"Laser Beauty Estetik Klinikası"ndan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsində aparıldığı yoxlama ilə bağlı yaydığı açıqlamaya münasibət bildirilib.

"Medicina" xəbər verir ki, oxu.az-a açıqlama verən "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi Səhiyyə Nazirliyinin məlumatını təkzib etdi.

"Xəbərlərdə gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil. Gedən xəbərlərlə bağlı Rəna həkim (Soltanova) açıqlama verəcək", - deyə o bildirib.


Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən bu il yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanıldığı barədə məlumat yayıb. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb".

Seçilən
9
10
medicina.az

7Mənbələr