Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “cihad-maşın”ları nümayiş etdirib.
Herbiand.az bildirir ki, o, müvafiq videonu Telegram-da yerləşdirib.
Kadırov Donetsk vilayətində döyüş tapşırıqlarını yerinə yetirən döyüşçülərə 15 ədəd “cihad-maşın” təhvil verib. Onlar “Çeçenavto” zavodunda istehsal edilib.
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev “cihad-maşın”ların hərbçilərə məqsədlərinə çatmaqda kömək edəcəyinə əmin olduğunu bildirib.
Bəxtiyar CƏFƏRLİ