Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyəninölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatikfəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə qardaş ölkələrimiz və parlamentlərimizarasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova Boluda baş verən faciəvi yanğınla bağlıqardaş Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə iləəlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa dabaşsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaşTürkiyənin yanında olduğunu bildirib.
Söhbət zamanı səfir Cahit Bağçının ölkəmizdə diplomatikfəaliyyəti dövründə qardaş ölkələrimiz arasında münasibətlərin dahada genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeydedilib.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Birmillət, iki dövlət" şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıqəlaqələrinin iki ölkənin Prezidentləri İlham Əliyevin və RəcəbTayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gündünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqaölkələr olmadığı vurğulanıb. Ölkələrimiz arasında müttəfiqliyinrəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yenimərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrimizin daha dagenişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərimizin dərolu qeyd edilib. Qanunverici orqanlarımızın və deputatlarımızınbütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalqtəşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.
Səfir Cahit Bağçı göstərilən diqqətə və dəstəyə görəminnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyəqardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazırolduğunu bildirib.