İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
“Birgə və Sağlam” İctimai Birliyinin məqsədi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləməkdir. Bu məqsədlə autizmli şəxslərin cəmiyyətə inteqrasiyasını, inklüziv təhsili və məşğulluq imkanlarının artırılmasını hədəfləyən tədbirlər həyata keçirilir. Hazırda Birliyin nəzdində 2 Autizm Mərkəzi fəaliyyət göstərir. “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş “Kaşalata” kafe xüsusi qayğıya ehtiyacı olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.